Tək ağac
Xalqıma ithaf
Buludlar çaxnaşır göyün üzündə,Parlayır şimşəyin odu gözündə,Yıxılma, tək ağac, çölün düzündəYoxdur söykənməyə bir tayın sənin,Çatmaz heç bir kəsə harayın sənin.Kömürü çatmayır “kömürçülərin”,Yandırıb səni də “kömür” edərlər.Kökünü torpağa dərin at, dərin!Hər zərbədən bil ki, yıxılmaz ərlər.
Sən tək böyümüsən əzəl yaşından,Nə qədər tufanlar əsib başından,Halısan dünyanın haqsız işindən,Nə olsun, tək ağac, səhrada təksən,Sən bu tufanlara köks gərəcəksən!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-tek-agac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Böyük xadimHəsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!
BahalıqSaldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.
Xəzər sahilində düşüncələrDənizi, sahili çox sevir ürək,Ağ qanadlı qağayı səsli,