Dənizi, sahili çox sevir ürək,Ağ qanadlı qağayı səsli,Dəniz nəfəsliSahildəXoşbəxt oluram gerçək.Ürəkdə dərdim olmur azacıq.Axşamın gümüşü sularındaÜzdükcə qayıqXəzər məni də sahildən qoparır,Xəyalımı çəkib arxasınca aparır.Sonsuz həsrətlə baxıramBatan günəşə –O göylərin fədakar, vəfalı qızına,İnsan aşiqi,Həyat yaraşığı GünəşQürub edən zamanDönür dəyirmi atəşə.Alqış torpağa, alqış Günəşə!Günəşin, torpağın, dənizinVurğunu doğulmuşam mən.Torpaq qəmi, kədəri, həsrətiAlır qəlbimdən.Sulara baxanda gözüm dincəlir.Günəşə baxandaGöylərdən başıma sanki nur ələnir

Doğrudan,Dünyanın zinəti yaranmış insan.Fəqət, təbiətsiz,Bu ecazkar sənətkarsız,SənətsizNeyləyərdi insan!Olmasaydı günəş,Olmasaydı dəniz,Olmasaydı torpaq,Bu mavi asiman.Doğrudan,Təbiətsiz neyləyərdi insan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar