Həyatımın yeni bir mərhələsi,Qəlbimdə yeni döyüntülər,Ürəyimin bambaşqadır səsi.Tanış olmayan duyğularQonaq gəlmiş mənə.Gözlərim elə bil günəşdənİşıq almış yenə.Oğlum ata olmuş,Mən nənə olmuşam.Qəribədir,Elə bil mən təzəcə doğulmuşam.Elə bil dünən idi uşaqlığım,Nə tez dəyişdi zaman!Axı, mən dünən,Cavan idim, cavan.Dünən məni arzular yada saldı,Əl edib tuta bilmədiyim gəncliyim,Atüstü başa vurduğum həyat illəriHarada qaldı?Nəvəm olmuş,Yeni duyğular qəlbimə dolmuş.Nəvəm olmuş,Zərif balaca bir qız.

Həyatda bəlkə olacaqdırƏn parlaq, ən işıqlı ulduz.Olacaq mənə mehriban.Görmədiyim qayğıları görəcəyəm ondan.Adını “Ulduz” qoyardım mənim olsaydı əgər.“Günəş”, bəlkə də “Pərilər”,Bəlkə “Vüsal” nə bilim,Daha nələr, nələr...Atasının, anasının canı sağ olsun,Bu işdə ixtiyarsız olsun nənələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri