İgidlərim, sıra-sıra səf bağlayın!
Nə yaman dərdliyəm, Allah,Zülümlər baş alıb gedir.Namərd qonşu hiyləsindən,Qəfil namərd gülləsindənÖlümlər baş alıb gedir,Zülümlər baş alıb gedir.Alazanlar, katyuşalar,BTR-lərMeydan oxur,Od püskürür Qarabağda.Üzeyirin ilk nəğməsi,Xanın titrək zəngüləsi,“Sarı bülbül”,“Xarı bülbül”.Yurd saldığıO diyardaBayquşlar yurd salmaq istər.Dünya sevər, bəşər sevərMənim xalqım,Zülümlərə zülüm gərək!Ölümlərə ölüm gərək!İgidlərim sıra-sıraSəf bağlayın!Qalxın görək!Ürəyim od tutub yanır,Qürurumuz tapdalanır.Nəsil-nəsil, əsr-əsr,Lənətləyib qarğıyacaqAna torpaq.Qınayacaq söndürülən o od-ocaq.Sülh məramlı, sülh diləkli,Mənim xalqım,Torpağına göz dikənlərDağıtdılar cəlalını,Artırdılar məlalını.Yandırılan torpağındır,Dağıdılan növrağındır.Zaman gəlib çatmış artıq,Yumruq kimi birləşməli!Topun yoxsa, tankın yoxsa,Mərmiyə dön,Topa döndər ürəyini.Bayraq elə öz arzunu,Güllə eylə diləyini!Çarə sənin özündədir,Bir kimsədən çarə umma.Atəşlərə qalansa da min-min nəfər,Min-min ocaq.Səninkidir son qələbə,O son zəfər!Səninkidir ana torpaq!Yağıların atəşinə alışsa da,Ağdam, Şuşa,Düşmənlərin oxu dəymiş,Dəyəcəkdir yenə daşa!Torpaqların alınsa da,Qızıl kimi yerin qalır.Birin ölsə, yüzün qalır.Birin dönüb yüz olacaq,Min olacaq.Qandan qaça bilməyəcəkNamərd, alçaq.TarixləriYadına sal,Vuruş kənd-kənd,Şəhər-şəhər,Oba-oba, mahal-mahal.Xəbər çatdırQuşçuların uçub getmiş quşlarına,Görən gözlər, vuran əllərQalır hələ!Dünya belə qalmamışdır,Qalmaz belə!
Sən yadlardan əlini üz,Bir az da döz!Haqq yerini alacaqdır!Halal torpaq,Qarabağda söndürülmüşO od-ocaqSəninkidir,Yenə sənin olacaqdır!
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-igidlerim-sira-sira-sef-baglayin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yanımda qalsaydın, ey gülü-rəna,Həyatım başqa bir məna alardı,
Tapardım səniDünyada ən gözəl anları beləƏbədi saxlamaq olmaz heç zaman.
Səhər, günorta, axşamNə gözəldir səhərin şəfəqləri yananda,Əvəzsizdir kainat təbiət oyananda,
Biz indi ayrıldıqNecə yaradardım surətini mən;Vəfalı, mehriban, qayğıkeş, mətin.
Başqa şairlərin şeirləri · Vətən
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!