Tapardım səni
Dünyada ən gözəl anları beləƏbədi saxlamaq olmaz heç zaman.Fəqət xatirələr yaşayır elə,Bəzən keçmişilə yaşayır insan.Şirin xatirələr acı anlarda,İnsan ürəyinə bir dayaq olur.Acı xatirələr çətin zamandaHəyatın özünə bir sınaq olur...Səni itirdiyim günlərin üstdənBoranlar, tufanlar, yellər keçsə də,Fəqət xatirəni unutmadım mən.Gözümdən gurlayan sellər keçsə də,Ürəkdən silinməz xatirələrdənMin bir piramida yaratmadım mən.Səni hər diyarda axtarıb gəzən,Könlümdür, sevgilim, mən deyiləm, mən.Otaq, ağır sükut, pəncərədə qar...Çöldə külək əsir, ildırım çaxır.Soyunmuş elə bil yaşıl ağaclar,Şüşənin ardından kədərlə baxır.
Mən səndən uzağam neçə zamandır,Gözümdə ağaran yollardır indi,Sənin ayrılığın necə yamandır,Sənsizlik hər şeydən mənə çətindi.Demə ki, hicrində gözlərim dolar,Sevinc həyatımdan uçar quş kimi,Gənclik tez yığışar, tez düşər yola,Yanımda qalmaqdan yorulmuş kimi.Yox, yox, inanıram, inanır ürək;Səni tapacağam bir səhər çağı.Ömür yoldaşıdır mənə bu istək,Arzular bəzəyər daşı, torpağı,Qəlbimdə intizar, ürəkdə təlaş,Gözümdə ağaran yollar uzanır.Çıxardım səfərə indicə bir baş,Ürəkdə ayrılıq məşəli yanır,O məşəl kompasım olardı yeqin,O zaman yormazdı bu yollar mənə,Səfərim nə qədər olsa da çətin,Axtarıb, axtarıb tapardım səni.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-tapardim-seni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
1-ci variant**Bir pərzad görmüşəm sizin ellərdə,
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.