Mənim gündəliyim
Mənim gündəliyim şeirlərimdir,Mənim şeirlərim bugünkü həyat,Döyüş, mübarizə, ayrılıq, ümid.Sabahkı qurtuluş, sabahkı nicat.
Asta çal, asta çal, döyüş marşımızNarahat etməsin qoy yatanları.Parlaq ulduz kimi göylərimizdə,Tez çıxıb, alışıb, tez batanları.
Vətəndən ayrılan illərdə dostlar,Ürəkdə var idi zülüm qorxusu.Arzular yaşardı ürəyimizdə,Ortada yox idi ölüm qorxusu.
Cavanlıq qürbətdə çapdı atını,Otuzu, əllini tez vurduq başa.Bir vursun yenə də ürəklərimiz,Bizim həsrətimiz, dərdimiz qoşa.
Hamını itirib, sizləri tapdım,Qəribə ruhu var mühacirətin.Həmdəmi olmuşuq eyni arzunun,Qonağı olmuşuq eyni həsrətin.
Bu gün də birini silahdaşların,Aparıb tapşırdıq yeni mənzilə.Sabah növbə kimin olacaq, aman,Həyat belə getdi, ömür də belə.
Bilsəniz ölümü, doğmalar kimi,Necə də ağırdır dostun, yoldaşın.Ey dostlar, yaşayaq ilk bahar kimi,Xəzanı olmasın bir vətəndaşın.
Bizi tərk etməsin gənclik, arzular,Bizim kədərimiz, möhnətimiz bir.Gözü yolda qalan vətənimiz var,Vətən ayrılığı, həsrətimiz bir.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-menim-gundeliyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Yetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Ana yadigarıAnamıza ana deyən oğula*Sükutun sehirli pıçıltıları
Amandır toxunma qəlbimə qafilAmandır toxunma qəlbimə qafil,Yandırıb sinəmi söz asta-asta.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.