Aşıq sazında
Aşıq Ələsgərə
Bir həyat eşqi var, bir də ki, həsrət,Ölməz bir məhəbbət aşıq sazında.Elin arzuları, elin diləyi,Tükənməz bir ülfət, aşıq sazında.
Hər toyu, düyünü bir aşıq bəzər,Şöhrəti dillərdə, ellərdə gəzər.Gözəllər eşqilə oxuyar, süzər,Səslənər sədaqət, aşıq sazında.
O, pəsdən, o, zildən, o, bəmdən deyər,O, sevincdən deyər, o, qəmdən deyər,Hicrandan, vüsaldan, ələmdən deyər,Soyumaz hərarət, aşıq sazında.
Sazıyla bir gəzər eli, Vətəni,Ayırar yüz qəmdən, həsrətdən məni.Yadıma saldıqca çölü, çəməni,Dəyişər təbiət, aşıq sazında.
Aşığın saf olar hər bir niyyəti,Vətənin şöhrəti, elin qüdrəti,Ötən nəsillərin məhrumiyyəti –Ölçülməz bir vüsət, aşıq sazında.
Qəlbləri həyata, sevincə bağlar,Ellərlə sevinər, ellərlə ağlar.Hər simdə bir ilham çeşməsi çağlar,Sarsılmaz bir qüdrət, aşıq sazında.
Gah vüsal oxuyar, gah hicran çalar,Qəlbimi, ruhumu əlimdən alar,Dünəni, bu günü yadıma salarƏbədi bir şöhrət, aşıq sazında.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-asiq-sazinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Saldın məni hicranə, bu bilməm, nədən oldu?
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.
Bənövşəni dərmədimAvey dağım, bənövşəni dərmədim,Kəkotunu dərib, günə sərmədim.
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsizBahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?