Bənövşə
Oxşadım, yalvardım, dedim, danışdım,Bir ani həsrətdən yanıb alışdım,Başını qaldırıb mənə baxmadı,Ətri ürəyimə bir an axmadı.Gözümə baxmadı alışan gözü,Əyildim, üzümə toxundu üzü.O, mənə baxmadı barı bir anlıq,Demək həyalıdır gənclik-cavanlıq.Əyildim başını qaldırdım onun,Əlimi çəkəndə o qaçdı məndən.Baxdım gözlərinə min bir ümidlə,Nəvaziş eylədim, çox tutdum dilə,Əlimi çəkəndə o qaçdı məndən,Demək mənalıdır gözəllik belə.Baxdım, gözlərinin içinə baxdım,Duyğutək könlümə, qəlbimə axdı.Əlimi çəkəndə əyildi başı,Başını aşağı saldı bənövşə.Rəng verib, rəng aldı.Aldı bənövşə,Qəlbimdə əbədi qaldı bənövşə.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-benovse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qaçağı el saxlar, el bilir bunu,Elə şairi də eli saxlayar.
Sevdiyim insanlarÜrəyimin həmdəmidir,Mənə könül məlhəmidir,
Dağılmış dünyamda dünyam var...“Anam Təbriz mənə gəhvarədə söyləyərdi, yavrum, bil,*Sənin qalmış o tayda xallı, telli bir xalan vardır.*
DördlüklərDərindir kamalın dəryası dərin,Onun dalğasında kükrəyən xəyal.