“Anam Təbriz mənə gəhvarədə söyləyərdi, yavrum, bil,Sənin qalmış o tayda xallı, telli bir xalan vardır.Onu bizdən ayırmış ruziğarın sazı, nasazı,Önünçün sızlaram hər yerdə görsəm saz çalan vardır.”M.Şəhriyar

Əya, Şəhriyara, sənin bu tayda,Arazdan o tayda xalam var mənim.Bir əsmər bənizli, bir ala gözlü,Sonalar sonası sonam var mənim.O, mənim möhnətli, dərdli nənəmdir,O, mənim nisginli, həsrətli anam.Köçənlər əvəzi son dayağımdır,Dağılmış dünyamda dağılmaz dünyam.Mənə bacı deyir, bacı çağırır,Vaxtsız köçüb gedən o bacım kimi,Gözümün nurusan, söyləyir mənə,Mehriylə ovudur sınan qəlbimi.Böyük arzuları, məhəbbətiylə,Çalışır dərdimi unutdurmağa,Anam tək, bacım tək, dindirir məni,Bilir ki, həsrətəm elə, torpağa.Deyəndə ay xala, bircə arzunu,Bircə istəyini, gəl, bildir mənə.Deyir, iltiması-duam var bala,Barı mən köçməmiş qayıt vətənə.Qırx beş il hicranla alovlanmısan,Bu oddan alışıb elin, Vətənin.Həsrətin odunda elə yanmısan,Bir simurq quşuna dönmüsən yəqin.Sənsizlik dərd olub doğma Zəncana,Gizlənmiş üzünü aç, göstər bizə.Köçənlər köçdülər, alışa-yana,Sənsizlik dərd olub qoca Təbrizə.Əya, Şəhriyara, neçə zamandır,Boynu bükülüyəm, sən söylə barı,Agahsan səbrimin tükəndiyindən,Söylə, necə açım bağlı yolları.?Nə qədər can atsam o sahillərə,Bir vüsal çiçəyin dərə bilmirəm.Süleyman xalçasın göylərdən alıb,Arazın üstünə sərə bilmirəm.Hicran yollarında yarım əsrdir,Çapıram, dilimdə yüz ah, yüz fəqan.Yorulmuş köhlənim, təngimiş atım,Məni çarmıxına çəkmişdir zaman...Əya, Şəhriyara, sənin bu tayda,O tayda yadigar xalam var mənim,Ötən günlərimin son nişanəsi,Dağılmış dünyamda, dünyam var mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran