Səni mənə vüsal verdi,Hicran adlı, cavanlığım.Saçlarımı ağ görəndə,Fikrə daldı cavanlığım.

Qartal idim, birdən-birə,Zirvələrdən endim yerə.Bəlkə uzaq bir xatirə,Bir xəyaldı cavanlığım.

Səsləyirəm, geri dönməz,Gözləyirəm, o görünməz.Özü getdi, məni sönməzOda saldı cavanlığım.

Bir cüt qara göz itirdim,Gəzə-gəzə iz itirdim.Gec tapmışdım, tez itirdim,Tez qocaldı cavanlığım.

Çəkdim eşqin hər nazını,Gördüm hicran ayazını.Yar köklədi qəm sazını,Çaldı, çaldı cavanlığım.

Yox gileyim, şikayətim,Bəlkə buymuş öz qismətim.Hara getdi məhəbbətim,Harda qaldı cavanlığım?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran