Uşaqlıqdan bilirəm ki, Yer kürəsindəNeçə faiz quru yer var, neçə faiz suÇox görsəm də bunu dünya xəritəsində,Bircə şeyə mat qalmışam doğrusu:

Düz ölçdünüz dənizləri, okeanları,Ancaq əsl həqiqətdən düşdünüz uzaq.Ey alimlər, su yerinə axan qanlarıUnutdunuz, bunu hansı hesaba yazaq?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri