Bir adam didərgin düşsə vətəndən,Qürbət əzabıyla köksü dağlanar.Yurduna can atar son nəfəsəcən,Qəbri də vətənsiz od tutub yanar...

Bir millət elliklə düşüb qürbətə,Yurdunda at çapır gəlmələr, yadlar,Xalqlar necə dözür bu cinayətə?Bir xalqı vətənsiz qoyub cəlladlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran