Arzular
Kaş yenidən doğulaydım mən bu geniş dünyada,Bir də, bir də qayıdaydı o uşaqlıq illəri.Azad quş tək qanad çalıb, dolanaydım havada,Hərarətlə seyr edəydim mən soyuq fəsilləri,Bir uşaq tək həyatımı şən, qayğısız görəydim.Dırmaşaraq ağaclara bir də kal-kul dərəydim.Kaş uşaqlıq arzuları bir də qanad açaydı,Göylər sevən xəyallarım səmaları qucaydı.Gənclik bir də qayıdaydı, gözəl gənclik bir daha,İntizarla açılaydı hər bir gecəm sabaha.Mənə bir də qovuşaydı, məğrur on səkkiz yaşım,Kaş döyəydi qapımızı bir də gənclik yoldaşım.Kaş ilk eşqim, ilk sevincim bir də qaçıb gələydi,Qulağımda ilk eşqimin nəğməsi yüksələydi.Ürəyimdən siz ey şirin, ey acı xatirələr,Nə silinib, nə getdiniz, vəfalısız nə qədər.İstəyərdim ötən günlər, uşaqlıq və cavanlıq,Sizin kimi ürəyimi atmayaydı bir anlıq.
Kaş ömrümün qayıdaydı fırtınalı illəri,Azadlığa çağıraydım yenə məhkum elləri.Xalqın, elin səadəti yollarında yenə mən,Mübarizə yollarına atılaydım yenidən.Kaş bir deyil, bu dünyada ömrüm iki olaydı,Biri deyil, hər ikisi eliminki olaydı!
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-arzular
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzgüçütək dənizdə ay bu gecə üzür hey,Dalğalara işıqdan boyunbağı düzür hey.
Ey kaşÖlümün qarşısını pul, qızıl alaydı kaş,Satardım var-yoxumu, hər nəyim var satardım.
Qədəmin mübarəkHəyatımın yeni bir mərhələsi,Qəlbimdə yeni döyüntülər,
Mənim balaca LeylamGəlir zərif pərvanətəkQonur hər gün yatağıma.
Başqa şairlərin şeirləri · Eşq
Badi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Görmədim bir zülm edən ol dilbəri-bədxu kimiGörmədim bir zülm edən ol dilbəri-bədxu kimi,Kim tökər üşşaqilər qanini hər gün su kimi.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.