Mən bu gün öz oğlumu məktəbə göndərirəm.Budur, sütül dişləri təzə tökülmüş onun.O hələ yaxşını da pisdən ayırmır bəlkə,Açılmamış qönçədir kiçik qəlbi oğlumun.Onu, yoldaş müəllim, sizə tapşırıram mən,Onun səadətini gözləmirəm özgədən.

Təlim, tərbiyə vermək sizə olmuşdur peşə,Gənc nəslin səadəti sizinlədir həmişə.Qoy oğlumun gözündə ümid ulduzu yansın,Qəlbində insanlığa pak duyğular oyansın.Sizə, yoldaş müəllim, sözüm sizədir yalnız,Arzumdan, istəyimdən siz olmayın aramsız.

Gələcək nəsillərin qüruru, mətanəti,Vətəninə, xalqına, elinə sədaqəti,Mənim kimi sizin də öhdənizə düşür, bax,Onu əyintilərdən siz qoruyarsız ancaq.Qoy olsun, əlinizlə ləyaqətli bir insan,İnsanlıq, insan üçün hər şeydən vacib, inan!Qəlbini, siz, əməyə alışdırın oğlumun,Doldurun ürəyini həyat eşqiylə onun.Sizin məhəbbətiniz, məktəbin məhəbbəti,Yaxın qoymaz oğlumun ürəyinə möhnəti.Qoy gül açsın balamın qəlbindəki arzular,Anaların ürəyi yalnız bunu arzular.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri