Özgə dərdi
– İnsanı tez qocaldar dünyada özgə dərdi, –Hələ uşaq yaşımdan anam mənə deyərdi:– Dərdlərimiz az deyil, öz dərdini çəksənə!Həyat ağır yük olur özgə dərdi çəkənə.Öz dərdi var, qəmi var dünyada hər insanın,Dərdə yoldaş olacaq qəlbi həssas olanın.Ağıllı ol, dünyada hər dərdə olma həmdəm,Bir də deməyim sənə:“Bala, öz dərdini çək, özgələrdən sənə nə?!” –Nənə, mən bacarmadım, bağışla məni, heyhat!Mənə özgə dərdini həmdəm etdi bu həyatDərd bir oldu,Ay nənə,Öz dərdim, özgə dərdi.Dilim başqa söz dedi,Əməlin nə əkdisə,Əllərin onu dərdi.Həssas idin sən özün,Anam səndən də həssas.Bir şeyi doğru dedin,Həssas olan insandanHəyat alarmış qisas...Həyatın yollarında rahatlıq gəzmədim mən,Tapdayanda haqqını kimsənin, dözmədim mən.Mənim qarışmadığım bir iş belə qalmadı,Yanıb alışmadığım bir gün belə olmadı,Haqsızlığa, hicrana üsyan etdim həmişə,Qoy haqqı, ədaləti mən qaldırım günəşə.Göyün göy qübbəsində,Ən yüksək zirvəsində,Yansın ədalət sözü,Günəş ondan od alıb,Alışıb yansın özü.Əməl edə bilmədim, nənə, vəsiyyətinə,Mən sadiq qaldım ancaq həyat həqiqətinə.Nənə, bağışla, heyhat!Məni başqa biçimdə yaratmışdır bu həyat.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-ozge-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qarabağım,Qara sözün kim yazmışdır taleyinə?
İgidlərim, sıra-sıra səf bağlayın!Nə yaman dərdliyəm, Allah,Zülümlər baş alıb gedir.
Qələmim süngüyə dön!Qələmim süngüyə çevril, süngüyə,Sancıl Qarabağda düşmən başına!
O çinar boylular...Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.