Qarabağım,Qara sözün kim yazmışdır taleyinə?Ana yurdum,Gül oylağım!Bu dünyanın zümrüd tacı,Niyə oldun sinəmdəkiÇarpaz dağım?Qara bağım!Vaqiflərin, Natəvanın,Üzeyirin, Ulu XanınAna yurduYad tapdağı olacaqsa,Bülbüllərin, turaclarınMəskənindəBayquşlar yurd salacaqsa,Sarı bülbül, xarı bülbülDüşmənlərin olacaqsa,Mən olmayım!Qoy kökündən heç olmasınBu yurd, yuva!Qoy olmasın bu el –oba!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar