Necə gülüm?
Dostum, deyirsən ki, gül, həmişə gül!Səni sağaltsa da gülüş sağaldar.Söylə, necə gülüm, necə gülüm bəs?!Sinəmdə düşmənin yaraları var.Qəlbimin səması necə durulsun,Vətənin göyləri tutqunsa əgər?!Rahatlıq üzünə həsrətsə elim,Söylə, bəs ürəyim necə dincələr?!Dostum, necə gülüm, necə gülüm mən,Əgər gülməyirsə elim, vətənim?!Qəlbimin səması necə durulsunƏgər dumanlısa çölüm, çəmənim?!Necə ki, Təbrizin üstü dumandır.Dumanı qəlbimdən silərmi zaman?!Deyirsən, həmişə gülüm, o vaxt ki,Ağzım bir gülüşə açılmaz, inan!Qəlbimin səması necə durulsunƏgər dumanlısa çölüm, çəmənim?!Dostum, necə gülüm, necə gülüm mən,Əgər gülməyirsə elim, vətənim?!
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-nece-gulum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər gözlərini təzəcə açmış,Budaqlar danışır hey həzin-həzin.
BənövşəOxşadım, yalvardım, dedim, danışdım,Bir ani həsrətdən yanıb alışdım,
QızılgülQızılgül çağırdı məni bir səhər,Yanına tələsdim bülbülsayağı.
MiniatürlərÜzgüçütək dənizdə ay bu gecə üzür hey,Dalğalara işıqdan boyunbağı düzür hey.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
بهدست خویش چهل صبح بامداد الستندید تخم گلی تا نکشت در گل ما
Sirlər xəzinəsi, fəsil 59Ağac göy çəmənlikdə açanda rəngbərəng gül,Qızılquşla söhbətə başladı nazlı bülbül: