Qızılgül çağırdı məni bir səhər,Yanına tələsdim bülbülsayağı.Alışıb-yanırdı zərif yanağı.Həyalı üzünə həsrətlə baxdım,Əyib ehtiyatla zərif budağı,Qoxladım alışan hər bir yarpağı.Vuruldum baharın gözəl qızına,Vuruldum mənalı işvə-nazına.Zümrüddən tac qoyub güllər sultanı,Ətrə qərq etmişdi o gülüstanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar