Yalan oldu
Yar yanında günahkaram,Doğru sözüm yalan oldu.Yeriş etdi qəm ləşkəri,Könlüm şəhri-talan oldu.
Bax bu qaşa, bax bu gözə,Yandı bağrım döndü közə,Keçən sözü çəkmə üzə,Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,Gəl eylə dərdimə dərman,Uçdu getdi tülək tərlan,Sar da kəklik alan oldu.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-yalan-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşiqam deyibən girən meydana,Aşıq deyənlərdə xoş göftar gərək.
Gərək (Budur gözəllərdə əzəl nişanə)Budur gözəllərdə əzəl nişanə,Ağ üzdə xalları ay qoşa gərək.
GərəkdiƏziz ana, gəlin sizə söyləyim,Qız alanın cibi dolu gərəkdi.
GörmədimViranə bağlara mən oldum bağban,Almasın, heyvasın, narın görmədim.
Başqa şairlərin şeirləri
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
TürkmənbaşıSən fələkdən qorx, ətəkdən tök daşı türkmənbaşı,Öylə bilmə dahi sənsən, biz naşı türkmənbaşı.