Əziz ana, gəlin sizə söyləyim,Qız alanın cibi dolu gərəkdi.Toxunmayın bu könlümün dərdinə,Toylası komunnan malı gərəkdi.

Siz məni çəkirsiz bilin ki dara,Mənim bu dərdimə tapılmaz çara,Möhtacam dünyanın verdiyi vara,Yar alanın mah camalı gərəkdi.

Aşıq Alı, nə çəkirsən dərdü-qəm?!Var olsun, mahallar eyləginən dəm.Huşunu başına toplagınan cəm,Zikr eyləyən çox xəyallı gərəkdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri