Gövhər mədəniyəm, düşmüşəm dərdə,Dərman eylə gözə gözdə gözü sən.Aman həkim əllərinə mən qurban,Zay olmasın gözüm gözdə gözü sən.

Çox dövran sürmüşəm fani dünyadaAllahı çağırram yetişsin dada.İşıq vermir, gözüm görmür dünyada,Rəhm eylə gözümə, gözdə gözü sən.

Biçarə Alıyam, gəlmişəm dada,Hesab eylə haqqı salgınan yada.Cəsədim alışır, yanıram oda,Eylə gözlərimə gözdə gözü sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq