Yavaş-yavaş
Möhnəti-zəmanə, fani dünyada,Yol tutub dağlara gəl yavaş-yavaş.Kərəm də Əslinin dərdini çəkdi,Əsli də deyirdi gül yavaş-yavaş.
Bəzirganam matahım var, alan yox.Ürəyimdə atəşim var, yanan yox.Dərd əhlidir, əhli-dildən qanan yox,Ürək coşar, deyər dil yavaş-yavaş.
Rüstəm qəhrəmanı, Zalı deyirəm,Səxavətdə Hatəm kanı deyirəm,Deyər Aşıq Alı, anı deyirəm,Düşəcək qorxuya, bil, yavaş-yavaş.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-yavas-yavas
← → düymələri ilə keçid, R — təsadüfi şeir