Yad olanda yar peymana,Qaldım yalvara-yalvara.Keçən günü xəyalınaSaldım yalvara-yalvara.

Sonaları gölə çəkdim,Cananımı dilə çəkdim,Telli sazı zilə çəkdim,Çaldım yalvara-yalvara.

Bəyaz sinə, şəhla gözü,Görən kimsə çətin dözü.Alı deyər bir "hə" sözüAldım yalvara-yalvara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq