Məhəbbət
Bahar gələndə dağlara həyat gələr,Çöllərdə lalə bitər, çəməndə nilufər,Bahar gələndə hər yerə fərəh saçılır,Sən bahar kimisən, sevgilim,Sən təbəssümlənəndə könlüm açılır.Səndən sonra kimsəni sevmədiyimi anladım,Bayağı eşqlərin oduna yanmadım.Səni gözlədim,Gözlədim bahar kimi,Təmiz arzular kimi.AncaqBundan sonra məni sevən olmayacaqSənin kimi.Fəqət mən,“Səni sevirəm” demədiyindənAcıqlandım.Özüm öz böyük eşqimi ayaqlara saldım.Bu günə qaldım.İndi illər keçmiş o gündən.Bu illərdə dağlar aşmış,Dərələr, düzənlər keçmişəm mən.Su içmişəm min-min bulaqdan.Milyon-milyon insanlar görmüşəm.Yaxşısı da olmuş, yamanı da.DünyadaMəni sevənlər də olmuş,Sevməyənlər də.Mən səni sevmişəm ancaq.Məhəbbətin dayaq olmuş qəlbimə,Yenə dayaq olacaq.Ağlayan şəlaləyə ağlama dedim,Toxta, dayan bir an.Sözümə baxmadı, baş alıb getdi.Gözdən, könüldən itdi.
Fəqət sən itmədin,Gözdən, könüldən getmədin.Sənin təmiz məhəbbətinMəni yola saldı, qarşıladı hər axşam,Məni həyata, insanlara bağladı.Bu böyük məhəbbətHəmişə mənimlə gülüb ağladı.Məndən sonra da qalacaq,O yenə mənimlə olacaq.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Netmişəm məndən, əya sərvi-rəvan, ayrıldınNetmişəm məndən, əya sərvi-rəvan, ayrıldın,Eylədin gülşəni-ömrümü xəzan, ayrıldın.
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.