Laylay
Dəniz qoparır haray,Qızım, laylay, a laylay,Laylay deyir sənə, bax,Şır-şır axan bulaq, çay.
Böyü, boya-başa çat,İşindən, əməlindənSən ana ürəyimdəGözəl bir aləm yarat.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.
Qoy elin məhəbbətiQəlbində izlər açsın,Sənin xəyal şəhpərinDağlar, dənizlər aşsın.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.
Ürəyində həmişəQanad çalsın arzular,Ürəyim sənə daimSəadətlər arzular.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.
Ömrün uzun, ürəyinQanadlı bir quş olsun.Gözəl həyat bağındaSevincə qonmuş olsun.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.
Sənsən arzum, istəyim,Yuxla, ömür çiçəyim.Qoy sənsiz bir saat daDöyünməsin ürəyim.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.
Qoy çəkdiyim əzablarSənə ömür bağındaBollu bəhər gətirsin.
Səadətə yetirsinSəni gənclik çağında.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.
Həyatın bir günəş təkParlaq olsun həmişə.Səni qaldırsın həyatAya, göyə, Günəşə...Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.
Ay dağlara çəkildi,Keşiyində durum mən.Gözümə yuxu getməz,Yuxla, ömrüm, günüm, sən.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.
Gecə keçdi yarıdan,Yuxuladı el-oba, yat.Ağır həyat yolundaSəni qorusun həyat.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.
Dəniz qoparır haray,Qızım, laylay, a laylay,Sənə laylay deyir, yat,Uzaqlarda bulaq, çay.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-laylay
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəlir zərif pərvanətəkQonur hər gün yatağıma.
Dauqavaİncə bir çiçəyim vardı, Dauqava,Bir gözəl-göyçəyim vardı, Dauqava,
Öz-özünə bitən güllərTəbriz küçələrində gəzir bir dəstə uşaq.Səhərdən axşamadək gəzir, dolanır, ancaq
QocalıqHər gün səhər o, aynanın qabağında dayanardı,Surətinə, camalına baxıb bir də inanardı:
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bir el aşığının dedikləri(Qubada bir gün)*Günəş süzgün tellərini yığınca dağlar ardı,
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Çat dadaNə dedim ki, elə küsüb-incidin,Qorxuram ki, bu dərd məni çatdada.