Təbriz küçələrində gəzir bir dəstə uşaq.Səhərdən axşamadək gəzir, dolanır, ancaqNə bir yuva, nə bir ev, nə məskən tapmayırlar.Zamandır ömr edirlər səfillər kimi onlar.Onlar səhrada bitmiş çiçəklərə bənzəyir.Ürəklərdə qapanmış diləklərə bənzəyir.Anaları torpaqdır, ataları asiman.Güzərlərdən keçərkən bu uşaqlar pərişanÜrəyimin başında sanki ildırım çaxır,Qəlbimi acı həsrət yenə yandırıb yaxır.Qəlbim onlara daim bir səadət arzular,Vətən torpaqlarında yeni həyat arzular.Mən onları məktəbdə, evdə görmək istərəm,Onların göz yaşını bir də silmək istərəm...Ağalar! Siz onları təhqir etməyin pulla,Dilənçi deyil onlar, dilənçi deyil əsla,Onlar çiçək açmamış diləklərə bənzəyir.Öz-özünə göyərən çiçəklərə bənzəyir.Tutmuş dövrlərini qara xallı tikanlar.Onları oxşayacaq ilıq nəfəsli bahar.Onların müşk qoxuyan gözəl bir ətri vardır,Nakam ailələrdən onlar bir yadigardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar