Hər gün səhər o, aynanın qabağında dayanardı,Surətinə, camalına baxıb bir də inanardı:Hələ gözəl, hələ gəncdir, solmamışdır yanaqları.Təravətli bir çiçəkdir hələ gülgün dodaqları...İllər keçdi, üzündəki təravət də uçub getdi,Yanağından, dodağından qızartılar qaçıb getdi.Üzündəki pərişanlıq qəlbini yandırıb yaxdı,O, ağarmış saçlarına bir daha, bir daha baxdı,Sonra ömür yollarını süzdü, süzdü məlalətlə.Arxada qalmış illəri o səslədi min həsrətlə.Lakin cavab gəlmədi heç bir tərəfdən qulağına.Nə yoldaşı, nə körpəsi yüyürmədi qabağına.Tənhalığın mənasını bildi ancaq qocalıqda,Ona ağır bir yük oldu həyatında qocalıq da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri