Ey gül, səni axır, bilirəm, öyrədən oldu!
Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Saldın məni hicranə, bu bilməm, nədən oldu?
Dözdüm nə qədər zəhmətə, hər nazını çəkdim,Könlüm qəmi-eşqinlə əsiri-mihən oldu.
Sən böylə vəfasız da deyildin, bilirəm mən,Zənnimcə, səni bu işə təhrik edən oldu.
Rüsvayi-cahan eylədin axır məni, getdin,İndi mənə biganə gəlib tənəzən oldu.
Bir vaxt peşiman olacaqsan bu əməldən,Səndən bu işin bəlkə hesabın çəkən oldu.
Gəzdin, gözəlim, qeyr ilə, mən dərdini çəkdim,Gəldi nə bəla başıma, bu, qüssədən oldu.
Vahid o gülün vəslinə biganə yetişdi,Dərdin çəkən aləmdə bir ancaq Həsən oldu.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-gul-seni-axir-bilirem-oyreden-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!
Sevgilim, bülbülə olsaydı gülün imdadıSevgilim, bülbülə olsaydı gülün imdadı,Bülbülün aləmi ağlatmaz idi fəryadı.
Gəldim vüsali-yarə yetəm fürsət olmadıGəldim vüsali-yarə yetəm fürsət olmadı,Bir dəm doyunca söhbət edəm, qismət olmadı.
Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandıBu sərvi-qamətim qaşın xəyalıilə dütalandı,Gözüm ayineyi-safi-cəmalından cilalandı.
Başqa şairlərin şeirləri · Eşq
Aşiqə şərabla məstlik nə gərək,Saqi, bu məclisi bizdən yana çək!
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Zahida, ol sənəmin zülfi-çəlipasına baxZahida, ol sənəmin zülfi-çəlipasına bax,Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.
بلبلی شیفته میگفت به گلکه جمال تو چراغ چمن است