Sevgilim, bülbülə olsaydı gülün imdadı
Sevgilim, bülbülə olsaydı gülün imdadı,Bülbülün aləmi ağlatmaz idi fəryadı.
Eşq sevdasına layiqli deyil hər aşiq,Dərdü qəm çəkməyə gər olmasa istedadı.
Qopsa yüzlərcə bəla, qəlbinə təsir etməz,Hər kimin eşqilə möhkəm qurulub bünyadı.
Gör necə hüsndə məğrur idi Şirin özünə,Dağ-daşı çapmağa məcbur elədi Fərhadı.
Hanı rəhmətlik o Məcnun, gedib dünyadan?Bizik indi o bəlalər çəkənin övladı.
Hüsni-Leylanı da Məcnun özü öyrətdi bizə,Əhli-eşqin odur aləmdə böyük ustadı.
Məni, Vahid bu qədər sevgilim incitməz idi,Yerə girsin, görüm, ey kaş, rəqibin adı.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sevgilim-bulbule-olsaydi-gulun-imdadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir bilmədim, ol afəti-candan nə xəbər var?Məcnuna o Leylayi-zamandan nə xəbər var?
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz varBilsən sənə, ey gül, nə qədər hörmətimiz var,Bir gün yetərik vəslə, əgər qismətimiz var.
Canın istər, ol deyil aşiq ki, canandan keçərCanın istər, ol deyil aşiq ki, canandan keçər,Aşiq oldur, mən kimi canan üçün candan keçər.
Məşuqə gərçi aşiqənazü itab edərMəşuqə gərçi aşiqənazü itab edər,Aşiq şikayət eyləməz, hər cövrə tab edər.
Başqa şairlərin şeirləri · Eşq
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Könlümü bağlamışam zülfünə, ey laləüzarKönlümü bağlamışam zülfünə, ey laləüzar,Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar,