Canın istər, ol deyil aşiq ki, canandan keçər,Aşiq oldur, mən kimi canan üçün candan keçər.

Mən qılma türreyi-canandan, ey vaiz, məni!Hansı bir divanə ol zülfi-pərişandan keçər?

Şeyx Sənanə məzəmmət qılma, ey naseh, əbəs!Görsə hər kəs ol büti-tərsanı imandan keçər.

Xaki-kuyin bilsə zahid baği-cənnət olduğun,Uymaz ol əfsanə fikrə, baği-rizvandan keçər.

Xizr əgər ömründə bir dəm görsə zülfü ləlini,Tərk edər zülmat seyrin, abi-heyvandan keçər.

Bu nə möcüzdür, qılıb heyran sərasər aləmi,Mah rüxsarın görən mehri-dirəxşandan keçər?

Maili-qəddü rüxün, ləli-ləbin aludəsiQönçəvü gül istəməz, sərvi-gülüstandan keçər.

Dişlədin ləlin, könül, vəhm eylə, qanundan saqın,Sanma ol bimehr rəhm eylər sənə, qandan keçər.

Vahida, sərraf olan görsə o şuxun ləblərin,Meyli-yaqut eyləməz, ləli-bədəxşandan keçər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq