Mənimlə mehriban yarım nədən namehriban oldu?Uyub biganəyə öz aşiqindən bədgüman oldu.

İki canan sevən məhparələr neyçin xəyal etməz?Ki, Züleyxa Yusifin eşqiylə rüsvayi-cahan oldu?

Həyatın ləzzətindən bivəfalar zövqsüz qalmış,Vəfasız olduğundan bülbülə gül bağrıqan oldu.

İki bülbül sevən gül görməmişdim ömr bağında,Özüm gördüm, mənə indi bu, dərsi-imtahan oldu.

Nə məndən əl çəkir ol gül, nə öz istəkli yarından,Bu sirri mən düşündükcə bahar ömrüm xəzan oldu.

Məhəbbət aləmi bir başqa aləmmiş, təbiət dəQəribə bir müəmmadır, mənə indi əyan oldu.

Xəta etdim, könül verdim vəfasız nazənin yarə,Bu cüzi eşqimiz, Vahid, dönüb bir dasitan oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq