Dindirmədi, ey dil, səni canan, əcəb oldu!Etdin nə qədər naləvü əfğan, əcəb oldu!

Yüz dəfə dedim, vəsl təmənnasına düşmə,Yandırdı səni möhnətü hicran, əcəb oldu!

Gülüzlü gözəl yarın olub qeyrilə həmdəm,Çıxsın gözün, olsun ciyərin qan, əcəb oldu!

Ol zülfə könül, vermə, dedim, qoy desin aləmİndi sənə divaneyi-dövran, əcəb oldu!

Qoydun niyə əğyarı yaxın kuyinə yarın?Cənnətdən uzaqlaşmadı şeytan, əcəb oldu!

Vahid, elə bir dövrdə gəldik bu cahanə,Bir gözdə göründü bütün insan, əcəb oldu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq