Mən vermişəm öz könlümü yarə, özü bilsin
Mən vermişəm öz könlümü yarə, özü bilsin,İstər eləsin hicrilə yarə, özü bilsin.
Bilmiş, nə bəlalər gətirib başimə zülfü,Tökmüş yenə mahi-üzarə, özü bilsin.
Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,Ölsəm, demərəm ona dübarə, özü bilsin.
Ol gül məni xar eylədi biganə yanında,Bir bilmədi, çox etdim işarə, özü bilsin.
Bimariyəm ol nərgisi-məstin, ölürəm mən,Qoy eyləməsin dərdimə çarə, özü bilsin.
Hər dərdüqəmin mən çəkirəm, kam alan özgə,Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin.
Vahid! Məni pərvanətək ol şəmi-cəmalınYaxsın dəxi bundan sora narə, özü bilsin.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-men-vermisem-oz-konlumu-yare-ozu-bilsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən, sevgilim, eşqində gərək bülbül olaydım!Mərmər sinən üstündə qızıl bir gül olaydım!
Əzizim, sevgilim, nazlı nigarımƏzizim, sevgilim, nazlı nigarım,Züleyxadan gözəl istəkli yarım.
Dedim ki, bir neçə söz yari-məhcamalə yazımDedim ki, bir neçə söz yari-məhcamalə yazım,Dəyişdim hicr qəmin ləzzəti-vüsalə yazım,
Tənuri-atəşi-eşqində yandım, dilkabab oldumTənuri-atəşi-eşqində yandım, dilkabab oldum,İlantək qıvrılıb zülfündən ayrı piçtab oldum.
Başqa şairlərin şeirləri · Eşq
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
الا ای ماه مشکینمو به پیش آر آن می مشکینملا کن ساغر و برنِهْ به دست عاشق مسکین
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,