Qəm çəkmə, könül, qoy canalan can özü gəlsin,Min naz edən ol sevgili canan özü gəlsin.

Səyyad ovu axtarsa da, bir ləzzəti yoxdu,Ləzzəti odur, ovçuya səhman özü gəlsin.

Bülbül eləyən nalə gülə çox əsər etməz,Fəryadə gərək ol güli-xəndan özü gəlsin.

Biçarə qalır eşqin bəlasın çəkən aşiq,Yox çarəsi, istərsə də, Loğman özü gəlsin.

Minlərlə bizim indi züleyxalarımız var,İstərsə əyər, Yusifi-Kənan özü gəlsin.

Cənnət də bizim ölkəyə həsrət çəkir indi,Minnətimizə min huriyü qılman özü gəlsin.

Vahid, bu qəzəl təkcə Mayisçün yazılıbdır,Qoy istədiyi sevgili reyhan özü gəlsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq