Arif odur ki...
Arif odur ki, gözləməyə ehtiramını,Rüsvayi-aləm eyləyə öz nəngü namını.
Gəldi-gedərlə sabiti-təşxis qılmaya,Fərq etməyə rəqib ilə yarın məqamını.
Yüz il birilə həmdəm olub duz-çörək yeyə,Bir gündə yüz ilin poza həqqi-səlamını.
Xalqa nişan verə özünü xadimi-vətən,Əmma düşünməyə vətənin ehtişamını.
Hal əhli zənn edə özünü ruzü şəb, vəliQal ilə müttəsil keçirə sübhü şamını.
Hər kəc nigəhlə həmdəm olub, düz hesab edə,Ney kimi suzi-dil edə Rüstəmlə Samını.
Bəhsi-kəmalü əql edə naqis ikən özü,Çərxin hilal zənn edə mahi-təmamını.
Xud kasəlis ola, sana əhbabi kasəlis,Könlüm kimi şikəst edə Cəmşid camını.
Varlı görəndə səcdə edə bütpərəst kimi,Yoxsul görəndə döndərə həcvə kəlamını.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-arif-odur-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.
Təzə çıxan mollalaraBəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!
Tənqidimiz SabiranədirTənqidə eşqi var, qələmim mahiranədir,Hər söz ki yazdı, baməzədir, Sabiranədir!
Var elə oğlan ki...Kirpi dayı, hər dəfə keçməz belə,Öz gələcək günlərini fikr elə,
Başqa şairlərin şeirləri · Vətən
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
MarşTürk ədəmi-mərkəziyyət firqəsi “Müsavat”a ithaf*Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Yavaş-yavaşDolu döyüb bizi, bir də döyməsin,Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.