Ey könül, gəl razı olma, yarı əğyar istəsin,Bülbülü xar eyləmə, qoyma gülü xar istəsin.

Günbəgün artır gözəllər, göz görür, könül sevir,Sevgiyə bir ölçü yox, aşiq nə miqdar istəsin...

Nazənin vaxtında bilsin gül gərək öz qədrini,Qoymasın tər-qönçəni hər əhli-bazar istəsin.

Gözlərindən qeyri yoxdur ehtiyacı aşiqin,Öz təbibindən gərək dərmanı bimar istəsin.

Qədridən növrəs cavanlar saldılar gülrüxləri,Ləkəsiz yaqutu layiqdir xiridar istəsin.

“Sevgilim var”, ey deyən, bir səy qıl ki, həm səni,Sən əsiri olduğun ol nazlı dildar istəsin.

Vahidəm, istəkli məşuqəm gözəllik şeridir,Qoy gəlib zövq əhli məndən incə əşar istəsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq