Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?
Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Hansı gülzari-behiştin sərvisən, tubasısan?
Açma zülfün, ətrlə bihuş edərsən aləmi,Çünki sən dəşti-Xətanın ənbəri-sarasısan.
Nazənin canan, gözəllər qarşı durmaz ruyinə,Cümləsindən sən gözəlsən, hamının əlasısan.
Bağbanın kimlər olmuş? Gözlərin heyranıyam,Sən məgər gülzari-hüsnün nərgizi-şəhlasısan?
Görməyincə gül üzün, cismimdə qalmaz taqətim,Ruhusan, guya, bu miskin aşiqin əzasısan.
Mən kimi minlərcə məcnunlar əsirindir sənin,Söylə, yarım, doğru söylə, sən kimin Leylasısan?
İnciməz, Vahid, o gül ahü fəğanından sənin,Sən gözəllər bağının bir bülbüli-şeydasısan.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-soyle-ey-gul-hansi-bagin-sen-guli-renasisan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görən mehrabi-qaşın istəməz taqi-kəlisani,Şikəst eyləyib hüsnün müshəfi-İncili-İsani.
Bilməm, nə çarə eyləyim, ol bivəfa məniBilməm, nə çarə eyləyim, ol bivəfa məniEtsin qəbul xaki-dərində gəda məni.
Firqətindir, sənin, ey məh, gətirən canə məniFirqətindir, sənin, ey məh, gətirən canə məni,Salan avarə cununtək bu biyabanə məni.
Saldı hicran oduna ol büti-məhparə məniSaldı hicran oduna ol büti-məhparə məni,Eylədi zülfütək hicridə günü qarə məni.
Başqa şairlərin şeirləri · Eşq
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri