Dedim ki, bir neçə söz yari-məhcamalə yazım,Dəyişdim hicr qəmin ləzzəti-vüsalə yazım,

Şərabi-eşq ilə hər dəqiqə sərməstəm,Bu zövqdən yaza bilsəm, neçə piyalə yazım?

Şərabı çox içirəm, bəlkə möhnətim azala,Olanda məst bu halı bir əhli-halə yazım.

Fələk məni elə tənha qoyub ki, qorxum odur,Bu ömrümün günəşi tez gedə zəvalə, yazım.

Könüldə ahım odu, göz yaşım axır daim,Birini suzişi-həsrət, birin şəlalə yazım.

Xəyal içində özüm qalmışam tərəddüddə,Xəyalə qərqəm əcəb, hansı bir xəyalə yazım?

Xəyaldən yenə, Vahid, təsəlli tapmaq olur,Neçin fərəh yerinə daim ahü nalə yazım?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran