Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?

Yüz dəfə zikr olunsa kəlamın, xoşum gəlir,Heç bir kəlamə bunca mükərrər deyilməyib.

Əyri qılınc deyən çox olub kəc hilalına,Müjganların xədənginə xəncər deyilməyib.

Hər kim görüb, cəmalına min afərin deyib,Bir mahiruyə bir belə afər deyilməyib.

Hicrində çəkdiyim bu qədər ahü nalələr,Ol şuxi-nazəninə, deyirlər, deyilməyib.

Meyxanələrdə söhbəti-ruyin çox etmişik,Ləlin yanında badəyə əhmər deyilməyib.

Cananə kim demişisə Səyyari, Vahidi,Odlara taleyi yanan Azər deyilməyib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana