Əzizim, sevgilim, nazlı nigarım,Züleyxadan gözəl istəkli yarım.

İnanmaz könlüm hər canana sənsiz,Zamanə əhlinə yox etibarım.

Əgər sən qönçə gülsən, mən də bülbül,Məhəbbətdir mənim bağü baharım.

Əsirəm bir sənin eşqinlə ancaq,Nəhayətsiz deyildir qəlbi-zarım.

İtirmə, şerimi saxla həmişəKi, qalsın səndə, Vahid, yadigarım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq