Kami-dil almadı dil ol mələki simadan,Əlqərəz kim, bizi bifeyz elədi röyadan.

Hərçi cəhd etdim, o ahuvəşi bir damə salım,Düşmədi damə, fərar etdi məni-rüsvadan.

Daməni-vəslini tutdum, nə qədər icz elədim,Olmadı kam müyəssər o güli-rənadan.

Oxuyub məshəfi-hüsnün o şəhin, qaldım mat,Bixəbər vaqif olammaz, vəli hər mənadan.

O qədər cövr elədi Vahidə yar, tanrı bilir,Çəkməyib bunca cəfa Qeysi-həzin Leyladan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq