Ey yıxan könlüm evin, qıl həzər əfğanımdan!Evin abad ola, əl çək dili-viranımdan.

Məni Məcnun ilə Fərhadə bərabər tutma,Mən olardan da hünərlə keçənəm canımdan.

Bircə gəl gör nə cəfalar çəkirəm zülfündən,Xəbərin yoxdu sənin hali-pərişanımdan.

Tən edir el mənə: “yarın nə vəfasız çıxdı”?Ey vəfasız, demirəm mən bunu öz yanımdan.

Sanki başdan-başa bir şöleyi-eşqəm? gecələrŞəmlər odlanır ahi-dili-suzanımdan.

Neylərəm mən gülü, ya laləni, insafım var,Onların hansı gözəldir rüxi-cananımdan?

Vətənimdə necə mən istəməyim bir gülükim,Canı canımla bir olsun, qanı da qanımdan.

Vahidəm, əsrimizin indiki Fərhadı mənəm!Kim məni ayrı salar Xosrovi-xubanımdan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq