Ramazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.

On bir ay həsrətinə tab eyləməz can, Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Gözləməkdən gözümün nuru gedib, kök saralıb,Həsrətindən yürəgim qanə dönüb, lap qaralıb,Firqətin bəxti qara cismimi bu halə salıb,Çəkdigim dərdlərə dözməz yəqin insan, Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Bir tərəfdən gəlirim yox, üzüm ac, gözlərim ac,Gecə-gündüz çalışıb tapmayıram dərdə əlac,Bəs haçan «siftə» bazarı tapacaq bir də rəvac?Şübhəsiz, tezlik də olsa nümayan, Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Neçə vaxtan «plov»a, «şərbət»ə həsrətdi canım,Görmürəm bircə yığıncaq, nə də bir «nazlı» xanım.Bir evin küncü kəsilmiş də dağım, həm aranım,Xabi-qəflətdə uyurdum necə «heyvan», Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Batdı hərçənd məhərrəmdə bığım «el» yağma,Gecə xəlvətlə gedərdim həmi «bulvar» bağına.Payızı getmiş idim «Kislovod»un yaylağına,O zamandandı varam didəsi giryan, Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Ramazan olsa qurardım da yəqin eyş sifat,Şərəfilə bu ayın «tazalənir» kirli həyat.Axıdır cib-cibişdanə qızıl nəhri - «Fərat»,Hər orucluqda dolur köhnə «cibişdan», Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Sanaram vaxtımı, həm saətimi, saniyəmi,Ki havaxt çatsa orucluq «silə» dərdü qəmimi,Yetişib nura boyatsın bu qara aləmimi,Eyləsin qəlbimi misli-məhi-taban Ramazan,Mollanın dərdinə bu dəhrdə dərman Ramazan,Layiqincə sənə qiymət verə dövran, Ramazan,Gəl yetiş, can Ramazan, can sənə qurban Ramazan.

"Şöhrət", 1927

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran