Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.

Nə qəfilsən ki, mütləq ahi-dilsuzim əsər qılmaz,Sədayi-naləmə aləmdə munca göz-qulaq artar.

Məni gər məst edibsən, saqiya, xoş halim ondandır,Dolandırdıqca cami-eşq dövründə əyaq artar.

Qərəz cövrin ziyadi-tərki-eşq isə füzun eylə,Cərahət qalib olduqca təbibə iştiyaq artar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vidadi xəstəyəm məşhur halim dövri-hüsnündəVəli yüz şükür ki, can əksilir eşqi-məzaq artar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq