Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış,
Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Demə kim görmüş cahan şəm’i-cəmalın tək çıraq,
Ya ona canım kimi pərvanə olmuş, olmamış.
Sürmə mən Məcnunu qapından, ey Leyliyi-dəhr,
Dərgahında nola bir divanə olmuş, olmamış?
Olmadı bir gün, Vidadi xəstə, giryan olmadın,
Kimsə onu görmədi xəndanə olmuş, olmamış.
Kitabxana.az · https://kitabxana.az/works/vidadi-sanma-ey-dust-sen-tek-afet-cane-olmus-olmamis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.
Aylar, illər həsrətini çəkərdimAylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
DurnalarQatar-qatar olub qalxıb havaya,Nə çıxıbsız asimana, durnalar!