Söylə cananə, səba, halım pərişan oldu, gəl
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Söylə cananə, səba, halım pərişan oldu, gəl!Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl!
Qasidi-bisidqə aldanma, yetir, hal özgədir,Türfə şivənlər qopub üstümdə əfğan oldu, gəl!
Enmədən sinə vücudum, doldu qəbrim qan ilə,Gördüyün nazik bədən xak ilə yeksan oldu, gəl!
Rəxti-tərdən incinən tən həmdəm olmuş marilə,Üz tutub qarıncalar yollara karvan oldu, gəl!
Gördüyün zahir ələm tək şənü şövkət sahibiİndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl!
Məqtə — şairin təxəllüsü olan son beyt. Neçələr giryan olubdur bu Vidadi xəstə tək,Didələr giryan olub çaki-giriban oldu, gəl!
Kitabxana.az · https://kitabxana.az/works/vidadi-soyle-canane-seba-halim-perisan-oldu-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust!Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust!Dürci-dəhənin höqqeyi-dürdanə, tək ey dust!
Başqa şairlərin şeirləri
Bağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Bu dünyadaBiz görüşdük, uçdu çən də, duman da,Gözlərimdə dünya güldü bir anda.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız