Zərif zülfün bir yana,Zərif şanələrindənDeyib, danışım bu gün.Zərif məhəbbətinləYanıb-alışım bu gün.

Çıxıb dağları gəzim,Sənə lalə toplayım.Eşqin piyaləsiniİçmək üçün, sevgilim,Min rəngli, min biçimliYüz piyalə toplayım.

Güllərin ətri qalsınXatirəmdə, sözümdə,Gözlərimdə gözlərin,Ürəyimdə sözlərin,Dönüb sənə çevrilimBirdəfəlik özüm də.

Yandırsın günəş kimiMəni odlu həsrətin.İlham bulağım olsunTəmənnasız ülfətin.Yaşatsın sevincimiBoyasız məhəbbətin,Riyasız məhəbbətin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq