Namidarıdı
1-ci variant
Bir pərzad görmüşəm sizin ellərdə,Çün cismü canımın namidarıdı,Günəş nişanəli, qəmər misallı,O cahan xubinin cilvadarıdı.
Dost bilsə yarının gəldiyin, neylər?Yar yolunda qara bağrını teylər.Nəsihət qəmzənə ver ki, qan eylər,Gözəllər şuxinin sitəmkarıdı.
Mənim dərsim əlifdədi, beydədi,Bir gözəl sevmişəm, cana faydadı.Desələr, Qurbani, bu nə sevdadı,De ki: bir pərinin yadigarıdı!
2-ci variant
Bir gözəl sevmişəm güneylərindən,Hüsnü şol əqlimin namidarıdır.Aydır məşşatəsi, gündür məşəli,Cahan xublarının cilvədarıdır.
Bilsə canan gəldiyimi "can" eylər,Canı ələ alıb ərməğan eylər,Nəsihət qəmzənə ver ki, qan eylər,Gözəllər şuxinin sitəmkarıdır.
Qurbani der: İki zülfün həyyadır,Quranda müənbər gülhüvəyyadır.Desələr, sərində bu nə sövdadır,Deyin bir pərinin yadigarıdır.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-namidaridi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,