II deyişməŞ i r v a n l ı D o s t uO nədir ki, alçaqlardan axayır?O nədir ki, yerdən göyə baxayır?O nədir ki, nərdivana qalxayır?O nədir ki, nərdivandan enər, hey!..

Q u r b a n iO – sudur ki, alçaqlardan axayır,O – insandır, yerdən göyə baxayır.Cavanlıqdır, nərdivana qalxayır,Qocalıqdır, nərdivandan enər, hey!..

Ş i r v a n l ı D o s t uO nədir ki, gecə, gecə çox olur?O nədir ki, gün dəyməmiş yox olur?O nədir ki, əl dəyəndə ox olur?O nədir ki, əl dəyməmiş dolar, hey!..

Q u r b a n iO – uruhdu, gecə, gecə çox olur,O – ulduzdu, gün dəyməmiş yox olur,O – kiprikdir, əl dəyəndə ox olur,O – gözdür ki, əl dəyməmiş dolar, hey!..

Ş i r v a n l ı D o s t uDostu deyər: Kimdir dəstində badə?O kimdir ki, boyun əyməz Quranə?O kim idi, ömrünü verdi badə?O kim idi, harda töylə bular, hey?

Q u r b a n iQurbani der: Əli dəstində badə,O – şeytandı, boyun əyməz Quranə,O – insandır, ömrünü verdi badə,Əzrayıldı, ərşdə töylə bular, hey!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri