Danko kimi
Vurğun, indi bizə elə gərəkdinQasırğa önünü kəsən dağ kimi.Xalqının önündə sən gedəcəkdinOrdu qabağında bir bayraq kimi.
Vurğun, indi bizə elə gərəkdinQaranlıq gecənin sabahı kimi.Şərin qarşısını sən kəsəcəkdinSən müqəddəs xeyir allahı kimi.
Vurğun, indi bizə elə gərəkdinSəsin ölkələrdən gələydi, qardaş!Qısa həyatında sən nələr çəkdin...Başqa bir zamanda doğulaydın kaş!
Filosof məntiqlim, bu yatış nədir,Oyan qəhrəmanım! Yurd əldən gedir!Oyan! El çağırır köməyə səni!Dərdini dünyaya deməyə, səni!
El oğlu! Sən eldən əsirgəməzdinOnun dar günündə öz köməyini.Xalqının önündə məşəl edərdinSən də Vurğun kimi öz ürəyini.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-danko-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Füzuli, eşq dolu bir badəyəm,Mən sənin söz mülkünə səccadəyəm.
Ey FüzuliEy Füzuli, bu pərişan dərdi – pünhan könlümüYandırıb odlara sən, neçün belə qan eylədin?
Füzulini dinlərkənBir şairi biyqədir həzinəm, əgər ölsəm,*Min təzkirə təhrir edəcəklər kəfənim.*
Oxu, RəşidRəşid Behbudova ithaf*Oxu, Rəşid!